BolgeXeber.Com » Xəbərlər » Ekofəallar Laçın-Xankəndi yolunda ağac əkdilər

Ekofəallar Laçın-Xankəndi yolunda ağac əkdilər

29-04-2023, 15:42
Oxunub: 1 128
Laçın-Xankəndi yolundakı ekofəallar başa çatan aksiya yerində ağaclar əkib.

Bolgə.TV xəbər verir ki, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasının iştirakçıları aksiyanın əhatə etdiyi ərazidə bu gün ağaclar əkib.

Xatırladaq ki, ekofəalların etiraz aksiyası aprelin 28-i saat 18:00-dan etibarən dayandırılıb və iştirakçılar mərhələləri şəkildə ərazini tərk edir. Bununla yanaşı, aksiya ərazisi ekofəallar tərəfindən təmizlənir və ərazidə müxtəlif növ ağaclar əkilir.