BolgeXeber.Com » Xəbərlər » ABŞ-da “müqəddəratı təyinetmə” dəfn olundu – Manukyan

ABŞ-da “müqəddəratı təyinetmə” dəfn olundu – Manukyan

4-05-2023, 11:21
Oxunub: 1 088
ABŞ Dövlət Departamenti Bakı-İrəvan danışıqlarını şərh edərkən, xüsusilə də Qarabağ sakinlərinin hüquq və təhlükəsizliyinin effektiv müdafiəsi məsələsindən danışarkən etnik azlıq ifadəsini işlətdi. Yəni Qarabağ məsələsi arxa plana keçir, məsələ etnik azlıqların hüquq və azadlıqları məntiqi ilə müzakirə olunur.

Bolgə.TV xəbər verir ki, bunu erməni deputat Geqam Manukyan deyib.

O bildirib ki, Vaşinqton danışıqlarında Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə məsələsinin dəfn ediləcəyindən ehtiyat edir.