BolgeXeber.Com » Xəbərlər » Ana 4 uşağı ilə birgə itkin düşdü

Ana 4 uşağı ilə birgə itkin düşdü

4-05-2023, 13:23
Oxunub: 1 096
Abşeronda ana 4 uşağı ilə birgə itkin düşüb.

Bolgə.TV xəbər verir ki, rayonun Saray qəsəbə sakini S.Fərəcova övladları 7 yaşlı Vaqif, 10 yaşlı Mahmud, 5 yaşlı Nihad və 5 yaşlı Nurayla birlikdə yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıblar.

Hadisə ilə bağlı Abşeron polisinə məlumat daxil olub.