“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır
4-05-2023, 16:36
Oxunub: 1 064
Bolgə.TV xəbər verir ki, “Nar” ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat turnirinin rəsmi kommunikasiya tərəfdaşıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi və 600-dən çox şahmatçının iştirak etdiyi turnir 3-12 may tarixlərində Bakı Kristal zalında baş tutacaq.
Ümumi mükafat fondu 55 min ABŞ dolları olan turnir 3 kateqoriyadan ibarət olan 9 tur üzrə isveçrə sistemi ilə oynanılacaq. Oyunları izləmək istəyən şahmat həvəskarları üçün giriş sərbəstdir.
“Baku Open 2023” Şahmat turnirinə dəstək “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. Mobil operator KSM strategiyası çərçivəsində bir sıra davamlı layihələr gerçəkləşdirir. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər