BolgeXeber.Com » Xəbərlər » Ağdamda məktəb yandı

Ağdamda məktəb yandı

10-05-2023, 12:07
Oxunub: 2 048
Ağdam rayonunda orta məktəbdə yanğın olub.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 m² olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 m² olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.