BolgeXeber.Com » Xəbərlər » Bakıda ağır qəza: 2 nəfər yanaraq öldü

Bakıda ağır qəza: 2 nəfər yanaraq öldü

13-05-2023, 09:00
Oxunub: 984
Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.

Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir.