BolgeXeber.Com » Xəbərlər » Atası ilə danışandan bir saat sonra şəhid xəbəri gəldi...

Atası ilə danışandan bir saat sonra şəhid xəbəri gəldi...

13-05-2023, 14:45
Oxunub: 1 376
Məhəmməd çox vətənpərvər idi. Axşam saat 8-də atası ilə danışdı, saat 9-da şəhidlik xəbəri gəldi.

Bolgə.TV Bizim.Media-a istinadən xəbər verir ki, bunu şəhid Məhəmməd Qarayevin əmisi Zöhrab Qarayev deyib.

O bildirib ki, 40 gün sonra M.Qarayevin hərbi xidməti başa çatırdı:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, valideynlərinə səbir versin”.

Qeyd edək ki, ötən gün əsgər Məhəmməd Qarayev erməni təxribatı nəticəsində şəhid olub.

Şəhid M.Qarayev bu gün doğulduğu Qəbələdə dəfn olunacaq. 2001-ci il təvəllüdlü Məhəmməd İqtisad Universitetinin (ADİU) məzunu olub. İyun ayında hərbi xidməti başa çatacaqdı. Məhəmməd ailənin tək oğul övladı olub, bir bacısı var.