BolgeXeber.Com » Xəbərlər » “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır

“Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır

13-05-2023, 18:10
Oxunub: 4 504
Yerli istehsallı qaz sayğaclarının kütləvi tətbiqinə başlanılır.

Bolgə.TV xəbər verir ki, barədə “Azəriqaz” İstehsalat Birliyinin şöbə müdiri Rövşən Məhyəddinov məlumat verib.

O bildirib ki, artıq Gəncə Cihazqayırma Zavodundan iki minə yaxın qaz sayğacı alınıb:

“Həmin qaz sayğacları həm sınaq qurğularında, eyni zamanda “Azəriqaz” İB-nin təbii qaz şəbəkəsində yoxlanılıb. Yoxlama zamanı hər hansı qüsur aşkarlanmayıb. Növbəti aydan məişət tipli qaz sayğaclarına olan tələbat yerli istehsal hesabına təmin olunacaq. İlkin mərhələdə qüsurla işləyən qaz sayğaclarının yenilənməsi zamanı, eyni zamanda, yeni qazlaşdırılan fərdi evlər və mənzillərdə yerli istehsal olan sayğaclar quraşdırılacaq”.

Qeyd olunub ki, iyundan etibarən Gəncə Cihazqayırma Zavodunda ümumilikdə 405 min ədəd sayğacın istehsalına başlanılacaq və il ərzində “Azəriqaz” İB-yə təhvil veriləcək.