BolgeXeber.Com » Xəbərlər » Bakı-Ankara təyyarəsi Tiflisə endi

Bakı-Ankara təyyarəsi Tiflisə endi

15-05-2023, 14:05
Oxunub: 984
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) tərkibinə daxil olan "Buta Eyrveys" (Buta Airways) aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tiflis Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bolgə.TV xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

"Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək", - məlumatda deyilir.