BolgeXeber.Com » Xəbərlər » Ceyhun Bayramov Borrellə görüşdü

Ceyhun Bayramov Borrellə görüşdü

15-05-2023, 18:21
Oxunub: 1 144
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrellə görüşüb.

Bolgə.TV xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə məlumat verib.

Görüşdə Azərbaycan ilə AB arasında münasibətlər də daxil olmaqla bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, C.Bayramov Brüsseldə səfərdədir.