BolgeXeber.Com » Xəbərlər » İdris İsayev: “Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”

İdris İsayev: “Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”

16-05-2023, 15:27
Oxunub: 832
“Təhsil proqramları əmək bazarına uyğun hazırlanmalıdır”.

Bolgə.TV xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Onun sözlərinə görə, təhsil proqramlarına yanaşma dəyişməlidir: "Bu proqramlar əmək bazarına uyğun tərtib edilməlidir. Buna görə proqram hazırlayan Təhsil İnstitutunin əməkdaşlarının peşəkarlığı artırılmalıdır".

Nazir müavini bildirib ki, məzunların əmək bazarına inteqrasiyası barədə yanaşmalar yanlışdır: "Uşaqlar ibtidai siniflərdən artıq valideynlərinin peşələri və əmək bazarındakı peşələr barədə məlumatlanmalıdır. Gənclərə peşə seçimləri ilə bağlı istiqamət verilməlidir. Bununla bağlı məktəblərdə maarifləndirmə tədbirləri keçirilir".