BolgeXeber.Com » Xəbərlər » Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

18-05-2023, 15:20
Oxunub: 1 056
Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər.

Bolgə.TV xəbər verir ki, türkiyəli prof. Dr. Ali Kağan Gökak bununla bağlı kritik açıqlamalar verib.

"Valideynlər pulsuz oyuncaqların cazibəsinə "yox" deməsələr, uşaqlarını gələcəkdə infarkt və ölümcül xəstəliklər riskini yüksəltmiş olacaqlar”,- deyə mütəxəssis qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Türkiyə Avropada 18 yaşdan yuxarı yetkin əhali arasında piylənmə nisbətinə görə 1-ci yerdədir. Obez uşaqların sayı isə hər il 8 faiz artır. Türkiyə Böyük Millət Məclisində yaradılmış Obezite Araşdırma Komissiyasının mütəxəssisləri də gələcək nəsillərin üzləşəcəyi ağrılı mənzərə ilə bağlı ciddi xəbərdarlıqlar ediblər. Türkiyədə uşaqlarda piylənmə epidemiyasının artması fast food qidalardan qaynaqlanır.

Uşaqları mükafatlandırmaq üçün qarşılarına qoyulan hər bir hamburger, pizza, hotdog tipli fast food yeməklər sağlamlığının cəzasına çevrilir. Çünki mütəxəssislərin fikrincə, piylənmə infarkt və xərçəng kimi ölümcül xəstəliklərin riskini artırır.

Ümumi Cərrahiyyə Mütəxəssisi Prof. Ali Kağan Gökak bildirib ki, promosyon oyuncaqların sehrinə düşən valideynlər öz əlləri ilə uşaqlarını zəhərləyirlər:

"Uşaqlar bu tələlərə aldana bilər. Ancaq valideynlərin övladlarının qidalanması ilə bağlı verdiyi qərar onların ya sağlam yaşamasına, ya da ömür boyu qeyri-sağlam fərd olmasına səbəb olacaq. Bir çox valideynlər övladlarını mükafatlandırmaq üçün onları fast food restoranlarına aparırlar. Amma onlar uşaqların sağlamlıqlarına nə qədər zərər vurduqlarını bilsəydilər, belə hərəkət etməzdilər".

Uşaqlıq və yeniyetməlik dövründə hazır qidalardan uzaq durmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Avropada yaşayan uşaqların üçdə biri obezdir. Bunun iki böyük səbəbi var. Son 30 ildə qidalanma vərdişlərindəki dəyişiklik və fiziki aktivliyin azalması. Ona görə də uşaqlarımızın qidalanmasına fikir vermək lazımdır. Xüsusilə də uşaqlarımıza mükafat olaraq fast food məhsullarını verməyi dayandırmalıyıq. Uşaqlarımızı inkişaf dönəmində cipsi, sosiska, kolbasa və digər fast food qidalarından qidalardan uzaq tutmalıyıq.