BolgeXeber.Com » Xəbərlər » Sabah bu rayonda su olmayacaq

Sabah bu rayonda su olmayacaq

24-05-2023, 15:09
Oxunub: 968
Sabah Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq.

Bu barədə Bolgə.TV-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar bu gün gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib//axar.az