BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda itin dişlədiyi azyaşlı qız öldü

Cəlilabadda itin dişlədiyi azyaşlı qız öldü

25-05-2023, 16:12
Oxunub: 1 048
Cəlilabad rayonunda itin dişlədiyi azyaşlı ölüb.

Bolgə.TV Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərində qeydə alınıb.

Belə ki, rayon sakini, 2012-ci il təvəllüdlü Zülfiyyə Rzayevanı küçədə it dişləyib.

Müxtəlif xəsarətlər alan azyaşlı rayon xəstəxanasına aparılıb, ona quduzluq əleyhinə vaksin vurulub.

Daha sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Lakin azyaşlı yerləşdirildiyi xəstəxanda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.