BolgeXeber.Com » Xəbərlər » Şagird məktəbdə narkotik satıb? – DİN-dən açıqlama

Şagird məktəbdə narkotik satıb? – DİN-dən açıqlama

25-05-2023, 17:25
Oxunub: 1 096
Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində yerləşən orta məktəblərin birində şagirdin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Bolgə.TV xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev qeyd olunan məlumatın ərazi polis orqanı əməkdaşları tərəfindən tam və hərtərəfli araşdırıldığını bildirib.

“İddialar öz təsdiqini tapmayıb. Əlavə olaraq qeyd edim ki, bu iddialar qərəzlidir, haradan və kimdən qaynaqlandığı müəyyən edilib", - DİN rəsmisi vurğulayıb//axar.az