Bakıda binada yanğın: üç nəfər tüstüdən zəhərləndi
26-05-2023, 09:46
Oxunub: 224
Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.
Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb//axar.az