Xavyer Kolomina Azərbaycana gəldi
26-05-2023, 14:15
Oxunub: 248
NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.
Bolgə.TV xəbər verir ki, bunu o, Tvitterdə yazıb.
X.Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Tərəflər ikitərəfli əməkdaşlığı, həmçinin Ermənistanla normallaşma əlaqələrini müzakirə ediblər//axar.az