“Avtoyuma məntəqələri içməli sudan istifadə edirlər” - Azərsu
26-05-2023, 18:31
Oxunub: 368
Abşeronda texniki su şəbəkəsi olmadığına görə, hər yerdə içməli sudan istifadə edilir.
Bolgə.TV xəbər verir ki, bunu "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, yarımada ərazisindəki müəssisələr, xüsusilə avtoyuma məntəqələri içməli sudan istifadə edirlər: "Abşeron ərazisində avtoyuma məntəqələrinin 95 %-də sayğac quraşdırılıb. Amma bu o demək deyil ki, onlar suyu necə gəldi istifadə etməlidirlər"//metbuat.az