BolgeXeber.Com » Xəbərlər » Zuğulba çimərliyi yenidən hasarlanır

Zuğulba çimərliyi yenidən hasarlanır

29-05-2023, 11:30
Oxunub: 952
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində, Zuğulba adlanan ərazidə çimərlik hasarlanır.

Bolgə.TV "Bakı.vs"yə istinadən xəbər verir ki, çimərliyin hasarlanmasına mayın 25-i, gecə saat 00-dan etibarən başlanılıb.

Qeyd edək ki, ötən il ölkə prezidenti sözügedən ərazilərdə dəniz sahili boyunca qanunsuz tikililərin sökülməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar vermişdi. Nəticədə qanunsuz obyektlər və hasarlanmalar sökülmüşdü.