BolgeXeber.Com » Xəbərlər » İki yeniyetmə dəmir yolu dayanacağından oğurluq etdi

İki yeniyetmə dəmir yolu dayanacağından oğurluq etdi

2-06-2023, 11:25
Oxunub: 824
Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib.

Bolgə.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır//metbuat.az