BolgeXeber.Com » Xəbərlər » Sabunçu rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirildi

Sabunçu rayonunda “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirildi

2-06-2023, 15:30
Oxunub: 1 280
01.06.2023-cü il tarixdə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Abadlıq Xidməti MMC-nin təşkilatçılığı, Balaxanı qəsəbə bələdiyyəsinin dəstəyi və Sabunçu rayonunda fəaliyyət göstərən təhsil müəssisələrinin iştirakı ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirildi.

Bolgə.TV xəbər verir ki, festivalda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının nümayəndələri, RİH başçısı aparatının məsul əməkdaşları, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, xidmət müəssisələrinin rəhbərləri, QHT-in nümayəndələri və yerli sakinlər iştirak edirdilər.

Festivalda müxtəlif yaş qruplarından olan uşaqların hazırladıqları əl işləri, rəsm əsərləri sərgiləndi və müxtəlif idman növləri üzrə bacarıqlar nümayiş etdirildi.

Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət mərkəzinin sənətkarları uşaqlar üçün dulusçuluq, keramika və rəngkarlıq üzrə master klasslar təşkil etdi.

Festival rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdlərinin təqdimatında dünyanın müxtəlif ölkələrinin və ölkəmizdə yaşayan azsaylı xalqların folklorunu əks etdirən mahnı və rəqslərindən ibarət konsert proqramı ilə davam etdi.
Bakı Abadlıq Xidməti MMC tərəfindən festivalda iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olundu.