BolgeXeber.Com » Xəbərlər » Sumqayıt parkında qanunsuz tikintinin qarşısı alındı

Sumqayıt parkında qanunsuz tikintinin qarşısı alındı

3-06-2023, 11:30
Oxunub: 992
Sumqayıtda “Nəsimi” parkı ərazisində qanunsuz tikintinin qarşısı alınıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Sumqayıt şəhərində yerləşən “Nəsimi” parkı ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.

Dövlət Agentliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işinin qarşısı alınıb və tikilməkdə olan obyekt sökülüb//axar.az