BolgeXeber.Com » Xəbərlər » Goranboyun Erkeç və Todan kəndlərini birləşdirən əsas avtomobil yolunda təbii fəlakətdən sonra hamarlanma işləri aparılır

Goranboyun Erkeç və Todan kəndlərini birləşdirən əsas avtomobil yolunda təbii fəlakətdən sonra hamarlanma işləri aparılır

5-06-2023, 13:00
Oxunub: 848
Bolgə.TV xəbər verir ki, Goranboyun Erkeç və Todan kəndlərini birləşdirən əsas avtomobil yolunda  təbii fəlakətdən sonra hamarlanma işləri aparılır. Cari ilin aprel və may aylarında, intensiv yağışların baş verməsi və bu zaman yaranan sel suları rayon ərazisində, xüsusən də dağlıq zonada müəyyən təsərrüfatlara, o cümlədən yol infrastrukturuna ziyan vurmuşdur. Mövcud fəsadların aradan qaldırılması istiqamətlərində, RİH yanında Fövqəladə Hallar Komissiyası, aidiyyəti təşkilatlarla birgə əməli tədbirlər həyata keçirmişdir. Davam etdirilən bu tədbirlər çərçivəsində, sel sularından zərər görmüş Erkeç - Todan avtomobil yolunun yararlı hala salınması məqsədi ilə yola nəzarət edən 54 saylı Yol İstismarı İdarəsi tərəfindən hazırda hamarlanma işləri aparılır.