BolgeXeber.Com » Xəbərlər » Millət vəkilləri Parisə yollanır

Millət vəkilləri Parisə yollanır

6-06-2023, 12:37
Oxunub: 1 088
Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-10 iyun tarixlərində Fransanın paytaxtı Parisə səfər edəcəklər.

Bolgə.TV xəbər verir ki, səfər çərçivəsində millət vəkilləri Fransa Respublikası Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcəklər.

Görüşdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq//axar.az