BolgeXeber.Com » Xəbərlər » Əhməd Vəliyev “Muğan Bank”ı kimə verdi?

Əhməd Vəliyev “Muğan Bank”ı kimə verdi?

8-06-2023, 13:01
Oxunub: 1 000
Muğan Bank ASC-yə 2 yeni səhmdar gəlib.

Bolgə.TV Report-a istinadən xəbər verir k ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.

Onların hər biri Bankda 40% pay əldə edib.

Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən 0,78%-ə, Fəridə Mehdiyevanın payı 21,61%-dən 10,89%-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65%-dən 8,33%-ə düşüb.

Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.