BolgeXeber.Com » Xəbərlər » Nazirlərin Vaşinqton görüşü təxirə salındı

Nazirlərin Vaşinqton görüşü təxirə salındı

8-06-2023, 14:33
Oxunub: 1 104
Azərbaycan və Ermənistan XİN başçılarının 12 iyunda Vaşinqtonda nəzərdə tutulan görüşü təxirə salınır.

Bolgə.TV xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.

“Bildiririk ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.

Görüşün yeni tarixləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - XİN sözçüsü sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan XİN məsələ ilə bağlı hələ açıqlama yaymayıb//axar.az