BolgeXeber.Com » Xəbərlər » Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

10-06-2023, 14:11
Oxunub: 984
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bolgə.TV xəbər verir ki, bu barədə MN məlumat yayıb. Başsağlığında deyilir:

"Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.

Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin"//metbuat.az