BolgeXeber.Com » Xəbərlər » Qazaxstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

Qazaxstanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq

10-06-2023, 15:47
Oxunub: 1 416
Qazaxıstanın Almatı şəhərində iyunun 12-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.

Bolgə.TV xəbər verir ki, Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Al-Farabi adına Qazax Milli Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizi Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edəcək.

Qənirə Paşayeva səfər çərçivəsində, həmçinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və görkəmli ədib Mir Cəlal Paşayevin 115 illik yubileyi ilə bağlı bir sıra tədbirlərə də qatılacaq//metbuat.az