BolgeXeber.Com » Xəbərlər » Taksilərdə taksometr məcburi olacaq

Taksilərdə taksometr məcburi olacaq

12-06-2023, 11:36
Oxunub: 928
Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərdə taksometr quraşdırılması təklif edilir.

Bolgə.TV xəbər verir ki, bu, Milli Məclisə daxil olan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır//axar.az