BolgeXeber.Com » Xəbərlər » Təcili tibbi yardım maşını 22 yaşlı gənci vurdu

Təcili tibbi yardım maşını 22 yaşlı gənci vurdu

14-06-2023, 09:22
Oxunub: 856
Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

Bolgə.TV xəbər verir ki, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub. Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır//axar.az