BolgeXeber.Com » Xəbərlər » Marşrut xətti üzrə böyüktutumlu avtobuslar istifadəyə verildi

Marşrut xətti üzrə böyüktutumlu avtobuslar istifadəyə verildi

15-06-2023, 09:22
Oxunub: 984
Bu gündən 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi-Koroğlu NMM) böyüktutumlu (12 metrlik) avtobuslar sərnişinlərin xidmətindədir.

Bolgə.TV xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada Bakıkart vasitəsi ilə həyata keçirilir//metbuat.az