BolgeXeber.Com » Xəbərlər » Bakıda GÜCLÜ YANĞIN: 52 nəfər təxliyə olundu

Bakıda GÜCLÜ YANĞIN: 52 nəfər təxliyə olundu

16-06-2023, 10:05
Oxunub: 3 784
Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb.

Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb//axar.az