BolgeXeber.Com » Xəbərlər » Hacıqabul rayonunda “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü”nə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol – quruculuq, inkişaf və varislik” adlı tədbir keçirildi

Hacıqabul rayonunda “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü”nə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol – quruculuq, inkişaf və varislik” adlı tədbir keçirildi

16-06-2023, 12:14
Oxunub: 1 592
16 iyun 2023-cü il tarixində Hacıqabul rayonunda Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı günü”nə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan səhiyyəsinə gedən yol – quruculuq, inkişaf və varislik” adlı tədbir keçirildi.

Bolgə.TV xəbər verir ki, əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyətinin məsul əməkdaşları və rayonun səhiyyə sahəsində çalışan tibb işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Tədbir daha sonra Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasında davam etdirildi.

Tədbiri giriş sözü ilə Publik Hüquqi Şəxsin direktor müavini - baş həkimi Fatma İsmayılova bu əlamətdar gün ilə əlaqədar tibb işçilərini təbrik etdi və Azərbaycan səhiyyəsinin keçdiyi tarixi inkişaf mərhələlərindən söhbət açdı, hal-hazırda bu sahədə mövcud problemlər, qarşıda duran məqsəd və vəzifələr barədə geniş məlumat verdi.

Çıxış edən natiqlər - Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Rayon Mərkəzi Xəstəxanasının İctimai əlaqələr üzrə mütəxəssisi Həsən Səmədov, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Əliqullah Qəmbərov və Rayon Mərkəzi Xəstəxanasının həkim-genikoloqu Könül Ağayeva da öz növbələrində tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, məhz Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sayəsində əhəmiyyətli nailiyyətlər əldə etməyin mümkün olduğunu qeyd etdilər. Həmçinin o da vurğulandı ki, Ümummilli liderin başladığı inkişaf strategiyası bu gün cənab Prezident-Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Yeni tibb müəsssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, ən müasir avadanlıqlarla təchiz edilməsi, tibb işçilərinin təkmilləşdirilməsi işinə diqqət və qayğının artırılması səhiyyəmizin yüksəlişinin təzahürüdür.

Sonda səhiyyə işçiləri səhiyyəyə göstərdiyi diqqət və qayğıya görə Ölkə Rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.