BolgeXeber.Com » Xəbərlər » Bu rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Bu rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

16-06-2023, 17:41
Oxunub: 960
Azərbaycanın rayonlarında iyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir.

Bolgə.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir//axar.az