BolgeXeber.Com » Xəbərlər » Azad edilən ərazilərdə bu qədər mina aşkarlandı

Azad edilən ərazilərdə bu qədər mina aşkarlandı

19-06-2023, 15:27
Oxunub: 992
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Bolgə.TV xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, iyunun 12-dən 17-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 12, tank əleyhinə 18 mina və 151 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 156 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.