BolgeXeber.Com » Xəbərlər » Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Feyzullayev Aydın Zakir oğlunun doğum günüdür

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Feyzullayev Aydın Zakir oğlunun doğum günüdür

19-06-2023, 12:20
Oxunub: 768
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Feyzullayev Aydın Zakir oğlunun doğum günüdür.

Bolgə.TV xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Aydın Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür.

Aydın Feyzullayev ölümündən sonra Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Aydın Feyzullayevin timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.