BolgeXeber.Com » Xəbərlər » Mübariz Mənsimovun atasının cənazəsi Bakıya gətirilir

Mübariz Mənsimovun atasının cənazəsi Bakıya gətirilir

21-06-2023, 09:56
Oxunub: 928
“Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun ötən gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.

Bolgə.TV xəbər verir ki, bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb.

O bildirib ki, əvvəlcə Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbiristanlığa aparılacaq:

"Dəfn mərasimi bu gün saat 18:00-da Bakıda Keşlə qəbiristanlığında olacaq. Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək".