BolgeXeber.Com » Xəbərlər » Beynəlxalq Yoqa Günündə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "sağlam nəsillə sağlam gələcək" adlı yoqa təlimi keçirilib

Beynəlxalq Yoqa Günündə Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "sağlam nəsillə sağlam gələcək" adlı yoqa təlimi keçirilib

21-06-2023, 17:30
Oxunub: 1 176
Təlimin keçirilməsinin məqsədi cənab Prezidentin 22.07.2022-ci il tarixli 3378 nömrəli sərəncamının icrası ilə bağlı vətəndaşların sağlam həyat tərzinin və fiziki aktivliyinin təmin edilməsidir.

Bolgə.TV xəbər verir ki, təlim Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Yoqa Klubunun prezidenti Sevindik Mehdiyev tərəfindən keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Açıq səma altında baş tutan təlimin iştirakçılarına düzgün nəfəs texnikası ilə bədənini dinləmək bacarığı öyrədilib. Sağlam həyata keçid üçün sadə addımlardan bəhs edilib.

Onu da qeyd edək ki, düz 49 il bundan öncə 1974-cü ilin bu günündə Azərbaycan partiya fəalları yığıncağında respublikada bədən tərbiyəsi və idmanın problemləri haqqında açıq və prinsipial söhbət gedərkən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev idmanımızın bütün sahələrini əhatə edən geniş nitqi ilə çıxış edib və yaranmış vəziyyəti hərtərəfli təhlil edərək irəliləyişə mane olan nöqsan və çatışmazlıqları göstərib, gümrahlıq və sağlamlıq məşğələlərinin məişətimizə daha möhkəm daxil edilməsi, kütləviliyin artırılması, böyük idmanda isə yüksək nailiyyətlər qazanılması yolları üzərində dayanmışdı.