BolgeXeber.Com » Xəbərlər » Xocəsəndə açıq ərazi yanır

Xocəsəndə açıq ərazi yanır

22-06-2023, 12:20
Oxunub: 1 056
Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantıları yanır.

Bolgə.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.