BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda professor VƏFAT ETDİ

Azərbaycanda professor VƏFAT ETDİ

23-06-2023, 11:29
Oxunub: 1 024
Azərbaycan Tibb Universitetinin Birinci Uşaq Xəstəlikləri kafedrasının müdiri, tibb elmlər doktoru, professor Səfixan Şamil oğlu Həsənov vəfat edib. 

Bolgə.TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən xəbər verilib.

Qeyd olunub ki, Səfixan Şamil oğlu Həsənov 1988-ci ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi. O, 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının professoru, 2005-2012-ci illərdə K.Y.Fərəcova adına ET Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, 2010-2016-cı illərdə Neonatologiya kafedrasının müdiri vəzifələrində çalışmışdı. 2017-ci ildən ATU-nun I Uşaq Xəstəlikləri kafedrasına rəhbərlik edirdi.

S.Həsənov 200-dən artıq elmi məqalənin, o cümlədən 10 metodik tövsiyənin, 3 tədris metodik vəsaitin, 2 dərs vəsaitinin, 3 səmərələşdirici təklifin, 1 ixtiranın müəllifi idi.