BolgeXeber.Com » Xəbərlər » 42 yaşlı bağça müdiri iş yerində öldü

42 yaşlı bağça müdiri iş yerində öldü

23-06-2023, 16:35
Oxunub: 968
Qaxda bağça müdiri vəfat edib.

Bolgə.TV xəbər verir ki, hadisə rayonun İlisu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məleykə Mahmud qızı Məmmədova işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Qeyd edək ki, Məleykə Məmmədova 15 ildən artıq müddətdə İlisu kənd uşaq bağçasının müdiri vəzifəsində çalışıb.