BolgeXeber.Com » Xəbərlər » Göygöldə süni göldə 1 nəfər batıb

Göygöldə süni göldə 1 nəfər batıb

24-06-2023, 11:45
Oxunub: 880
Göygöl rayonunda bir nəfər göldə batıb.

Bolgə.TV xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə 22.06.2023-cü il tarixində Göygöl rayonunun Topalhəsənli kəndi yaxınlığında süni göldə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Şəmkir" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.