BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdan hərbçilərimizə təbrik

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdan hərbçilərimizə təbrik

26-06-2023, 09:40
Oxunub: 944
Bolgə.TV xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edib.

“Ordumuzun yaradılmasının 105-ci ildönümü, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrimizin şəxsi heyətini səmimi qəlbdən təbrik edir, ölkəmizin ərazi bütövlüyünün qorunması kimi məsuliyyətli işlərində uğurlar arzulayıram!

Silahlı Qüvvələr günümüz mübarək!” - deyə nazir sosial şəbəkə hesabında qeyd edib.