BolgeXeber.Com » Xəbərlər » Qazaxda kişi intihar etdi

Qazaxda kişi intihar etdi

27-06-2023, 09:28
Oxunub: 2 168
Qazax rayonunda yerli sakin özünü yarımçıq tikilinin çardağından asaraq intihar edib.

Bolgə.TV xəbər verir ki, hadisə rayonun Salahlı kəndində qeydə alınıb.

Qazax rayon sakini, 1980-ci il təvəllüdlü Zaur Vaqif oğlu Şıxıyev həyətlərindəki yarımçıq tikilinin çardağından asaraq intihar edib.

Onun subay olduğu, ata-anası ilə birgə yaşadığı və özünə qapanmaları olduğu bildirilir.

İntiharın səbəbi araşdırılır.