BolgeXeber.Com » Xəbərlər » Göyçayda avtomobil aşıb, yaralılar var

Göyçayda avtomobil aşıb, yaralılar var

29-06-2023, 18:28
Oxunub: 1 528
Göyçayda rayonunda avtomobil aşıb, yaralılar var.

Bolgə.TV xəbər verir ki, bu gün saat 16:00 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-21011 markalı minik avtomobili anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 1995-ci il təvəllüdlü Allahverdiyev İlqar Elxan oğlu və 2001-ci il təvəllüdlü Həşimov Sarvan Sübhan oğlu xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.