BolgeXeber.Com » Xəbərlər » Paytaxtda avtomobil 34 yaşlı kişini vurdu

Paytaxtda avtomobil 34 yaşlı kişini vurdu

30-06-2023, 13:53
Oxunub: 984
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bolgə.TV xəbər verir ki, avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Namazov Elnur Seymur oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.