BolgeXeber.Com » Xəbərlər » İcra Başçısı Zeyvə kəndində elektrik təsərrüfatının mövcud vəziyyəti ilə yerində maraqlandı

İcra Başçısı Zeyvə kəndində elektrik təsərrüfatının mövcud vəziyyəti ilə yerində maraqlandı

30-06-2023, 11:20
Oxunub: 720
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə, Zeyvə kəndində elektrik təsərrüfatının mövcud vəziyyəti ilə yerində tanış oldu. 

Bolgə.TV xəbər verir ki, bildiririk ki, ümumilikdə, 1960-cı illərdə qurulmuş rayonun elektrik təsərrüfatı müasir tələblərə cavab vermir, hətta zəif külək nəticəsində də elektrik təhcizatı ilə təminatda günlərlə  fasilələr yaranır. 85 yaşayış məntəqəsindən yalnız 23-ündə elektrik təsərrüfatı qismən yenidən qurulmuş, qalan yaşayış məntəqələrində əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac vardır.