BolgeXeber.Com » Xəbərlər » Bakıda sabah hava necə olacaq?

Bakıda sabah hava necə olacaq?

1-07-2023, 13:18
Oxunub: 1 160
Azərbaycanda iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bolgə.TV xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.