BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim vəfat etdi

1-07-2023, 15:21
Oxunub: 1 248
Tanınmış həkim Cəmaləddin İsgəndərli vəfat edib.

Bolgə.TV xəbər verir ki, bu barədə jurnalist Cavid İsmayıl məlumat yayıb.

Qeyd edək ki, İsgəndərli Cəmaləddin Hüseyn oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb. 1981-1983-ci illərdə F.Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasının Qəbul bölməsində tibb qardaşı kimi, 1983-1984-cü illərdə 2 №-li Şəhər Klinik xəstəxanasında həkim-interna kimi, 1984-1989-cu illərdə Ordubad Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

1989-cu ildə Azərsutikinti xəstəxanasında Qəbul bölməsində, 2018-ci ildə həmin xəstəxanada Baş həkimin müavini kimi çalışıb. 2018-ci ildə Qəbul şöbəsinin müdiri və baş həkimin müavini vəzifəsinin icrası həvalə edilib. 2020- 2022-ci illərdə Qəbul şöbəsinin müdiri vəzifəsində işləyib. 2022-ci ildən “Nizami Tibb Mərkəzi” PHŞ-in Təcili tibbi yardım şöbəsinin müdiri kimi fəaliyyət göstərirdi.