BolgeXeber.Com » Xəbərlər » İlisuda dağlıq ərazidə turist yıxıldı

İlisuda dağlıq ərazidə turist yıxıldı

1-07-2023, 18:27
Oxunub: 4 584
Qax rayonunda turist dağdan yıxılıb.

Bolgə.TV xəbər verir ki, hadisə rayonun İlisu kənd ərazisində baş verib.

Belə ki, “Hamamdərə” deyilən ərazidə kişi dağdan yıxılaraq ağır xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan hazırda polis, prokurorluq, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım həkim briqadası hadisə yerindədir:

“Həmin şəxsin ərazidən çıxarılması istiqamətində tədbirlər görülür”.